Qurban Qurbanov: "Biz “Qəbələ” ilə oyuna köklənə bilməmişdik"

Qurban Qurbanov: "Biz “Qəbələ” ilə oyuna köklənə bilməmişdik" "Düşünürəm ki, biz bu oyuna köklənə bilməmişdik. Son hadisələr hər birimizə təsir edir"
Futbol
10 Avqust , 2015 23:45
Qurban Qurbanov: Biz “Qəbələ” ilə oyuna köklənə bilməmişdik

Bakı. 10 avqust. REPORT.AZ/ “Qarabağ” komandasının baş məşqçisi Qurban QurbanovTopaz Premyer Liqasının 2015-2016-cı illər mövsümünün ilk turunda Avropa Liqasında mübarizəni davam etdirən iki komandamız – “Qəbələ” və “Qarabağ”-ın oyununu qiymətləndirib.

"Report"un məlumatına görə, Qurban Qurbanov ilk öncə çempionatın başlanması münasibəti ilə hər kəsi təbrik edib. 

Baş məşqçi daha sonra deyib: "Bizim işimiz futboldur. Birimiz qaçırıq, birimiz düşünürük, digərimiz yazırıq. Futbol bizim ümumi işimizdir. Odur ki, mən mərhum jurnalist Rasim Əliyevə və veteran futbolçumuz Mübariz Zeynalova Allahdan rəhmət diləyirəm. Düşünürəm ki, biz bu oyuna köklənə bilməmişdik. Son hadisələr hər birimizə təsir edir".

"Hesab edirəm ki, biz ən yaxşı formada olan komandaya qarşı oynadıq. “Qəbələ”nin Avropa Liqasında irəliləməsi xoşdur. Ümumi götürsək, oyundan razı qaldım. Müəyyən çatışmazlıqlar vardı. Məncə, çempionat üçün heyəti formalaşdırmaq çətin olacaq. Bunun üçün zamana ehtiyac var”, - deyə Qurban Qurbanov əlavə edib.

Qeyd edək ki, “Qəbələ”–“Qarabağ” qarşılaşması 2:2 hesabı ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi