Qurban Qurbanov birlikdə oynadığı ən yaxşı üç futbolçunun adını açıqlayıb

Qurban Qurbanov birlikdə oynadığı ən yaxşı üç futbolçunun adını açıqlayıb "Mənimlə birlikdə oynayan çox bacarıqlı futbolçular olub".
Futbol
23 May , 2022 15:06
Qurban Qurbanov birlikdə oynadığı ən yaxşı üç futbolçunun adını açıqlayıb

"Mənimlə birlikdə oynayan çox bacarıqlı futbolçular olub".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

50 yaşlı mütəxəssis ölkə futbolunda 3 oyunçunu xüsusi fərqləndirib: "Onlar Avropada istənilən komandada oynaya bilərdilər. Sanki Azərbaycana aid futbolçu deyildilər. Bu, Yunis Hüseynov, Vidadi Rzayev və Rəşad Sadıqov idi. Hərəsinin özünəməxsus özəlliyi var idi. Bəlkə də bu qabiliyyətə malik oyunçular Avropada yoxdur".

Son xəbərlər

Orphus sistemi