Qurban Qurbanov: "Azərbaycan ordusunun cəbhədəki uğurları hər birimizi sevindirir"

Qurban Qurbanov: "Azərbaycan ordusunun cəbhədəki uğurları hər birimizi sevindirir" "Ali Baş Komandan İlham Əliyevin bir əmri yetər ki, əli silahlı topraqlarımızın müdafiəsinə yollanaq"
Futbol
4 Aprel , 2016 19:19
Qurban Qurbanov: Azərbaycan ordusunun cəbhədəki uğurları hər birimizi sevindirir

Bakı. 4 aprel. REPORT.AZ/ "Bir neçə gündür cəbhə bölgəsindən torpaqlarımızın işğalçılardan azad olunması ilə bağlı xəbərlər gəlməkdədir. Azərbaycan ordusunun cəbhədəki uğurları hər birimizi sevindirir. Döyüşlər zamanı 15 əsgərimizin şəhid olması isə üzücüdür. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm". "Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, hər bir şəhidin xatirəsi əzizdir: "Amma inanıram ki, vətən uğrunda axıdılan qanlar boşuna deyil. Bu gün ön cəbhədə döyüşən əsgərlərimizlə yanaşı, arxa cəbhədə də hər kəs öz üzərinə düşəni etməlidir. Biz burada cəbhədən uzaq olsaq da, hər birimizin fikri, duası əsgərlərimizlədir. Hər kəs öz işini müvəffəqiyyətlə yerinə yetirməyə çalışsa, dövlətimizə, əsgərlərimizə yardım etmiş olarıq. Hazırda güclü dövlətimiz, ordumuz var. Amma ölkəmizin Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bir əmri yetər ki, əli silahlı topraqlarımızın müdafiəsinə yollanaq. O əmr gəldiyi zaman hər birimiz vətən üçün döyüşməyə hazırıq".

Qeyd edək ki, aprelin 2-dən etibarən cəbhə bölgəsində erməni təcavüzkarları tərəfindən Azərbaycan tərəfinə edilmiş hərbi müdaxiləyə Azərbaycan ordusu tərəfindən əks-həmlə ilə cavab verilib. Nəticədə düşmənin 200-dən çox canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası sıradan çıxarılıb. Azərbaycanın 15 hərbçisi isə şəhid olub.

Son xəbərlər

Orphus sistemi