Qurban Qurbanov Azərbaycan millisinin 2 futbolçusunu cəzalandırıb

Qurban Qurbanov Azərbaycan millisinin 2 futbolçusunu cəzalandırıb Hər iki futbolçu kiçik xətaya yol verdikləri üçün kənarda qalıblar
Futbol
23 Mart , 2018 22:19
Qurban Qurbanov Azərbaycan millisinin 2 futbolçusunu cəzalandırıb

Bakı. 23 mart. REPORT.AZ/ Azərbaycan millisinin futbolçuları Araz Abdullayev və Elvin Yunuszadənin adlarının Belarus yığması ilə yoldaşlıq görüşünün iştirak ərizəsinə daxil edilməməsinin səbəbi müəyyənləşib.

"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.

O, bildirib ki, hər iki futbolçu kiçik xətaya yol verdikləri üçün kənarda qalıblar:

"Ola bilər ki, onlardan biri Antalyaya Makedoniya ilə yoldaşlıq görüşünə getsin, digəri yox. Oyundan sonra otelə qayıdacağıq və yekun qərarımı verəcəyəm. Amma böyük xəta deyil".

Matç Belarus yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi