Qurban Qurbanov Ağabala Ramazanovun "Qarabağ"a keçidini dəyərləndirib

Qurban Qurbanov Ağabala Ramazanovun "Qarabağ"a keçidini dəyərləndirib "O, komandamızın oyun üslubuna uyğun gələn futbolçudur"
Futbol
6 Yanvar , 2017 15:50
Qurban Qurbanov Ağabala Ramazanovun Qarabağa keçidini dəyərləndirib

Bakı. 6 yanvar. REPORT.AZ/ "Ağabala Ramazanov gənc və istedadlı futbolçudur, məğlub olmağı sevmir. Onun oyun üslubu komandamızın hücumlarına əlavə sürət və güc qatacaq". 

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakı "İnter"indən alınan 24 yaşlı yarımmüdafiəçi haqqında fikirlərini klubun saytına bölüşərkən deyib.

Qırx beş yaşlı mütəxəssis futbolçu A.Ramazanovun əzmkarlığı və xarakteri ilə seçildiyini bildirib: "Əminəm ki, Ağabala bizdə oynadığı müddətdə öz ustalığını artırmaq üçün şans qazanacaq. O, hər zaman xarakteri və əzmkarlığı ilə seçilən futbolçulardandır. Ümumilikdə komandamızın oyun üslubuna uyğun gələn futbolçudur".

Qeyd edək ki, "Qarabağ" Ağabala Ramazanovla 1.5 illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi