​Qriqorçuk: "Qarşıda hələ 3 oyunumuz var, 9 xal da qazana bilərik"

​Qriqorçuk: "Qarşıda hələ 3 oyunumuz var, 9 xal da qazana bilərik" "Rəqib yüksək səviyyəli komanda idi. Biz də onlara ciddi rəqib olduq"
Futbol
22 Oktyabr , 2015 22:50
​Qriqorçuk: Qarşıda hələ 3 oyunumuz var, 9 xal da qazana bilərik

Bakı. 22 oktyabr. REPORT.AZ/ "İlk növbədə rəqibə yüksək səviyyəli oyun göstərib və əsas heyətin futbolçuları ilə çıxdığı üçün təşəkkür edirəm. Onlar bizə hörmət göstərdilər. Bu il "Borussiya"nın əksər oyunlarına baxmışam. Onların qapısında olan qol imkanları başqa matçlarda olmamışdı. Təəssüf ki, biz onları qola çevirə bilmədik".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Avropa Liqasının qrup mərhələsində "Borussiya" ilə oyun haqda danışan Qriqorçuk son iki Avroliqa oyununda qeydə alınan nəticələrdən və qrupdan çıxmaq şanslarından danışıb:

" "Krasnodar"la oyunda qələbə qazanmalı idik. Amma "Borussiya" ilə oyunda bu sözü deyə bilmərəm. Çünki rəqib yüksək səviyyəli komanda idi. Biz də onlara ciddi rəqib olduq. Növbəti oyunda düşünmürəm ki, çətin oyun olacaq. Bugünkü oyunda güclərimizi ölçdük. Bunlara baxmayaraq futbolçularımla fəxr edirəm. Bu oyundan sonra komanda daha da güclənəcək. Qarşıda hələ 3 oyunumuz var. Ola bilsin bu oyunlarda 9, 7, 6 xal da qazanaq".

Son xəbərlər

Orphus sistemi