Qriqorçuk: "İlk hissədə nələrdə geri qaldığımızı gördük"

Qriqorçuk: "İlk hissədə nələrdə geri qaldığımızı gördük" "Hesabı qorumağa çalışmadıq"
Futbol
2 Oktyabr , 2015 03:41
Qriqorçuk: İlk hissədə nələrdə geri qaldığımızı gördük

Krasnodar. 2 oktyabr. REPORT.AZ/ "Krasnodar"ı qələbə münasibətilə təbrik edirəm. Məğlubiyyətə görə olduqca pis olmuşuq. Rəqib çox güclü komanda idi və bu gecə maraqlı oyun keçdi".

"Report"un məlumatına görə, bunu "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk deyib.

Avropa Liqası çərçivəsində qrup mərhələsinin II turunda "Krasnodar"a 1:2 hesabı ilə məğlub olduqları oyun haqda fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb:

- Komanda ikinci hissəyə yaxşı başladı. Fasilədə oyunçularla nə danışdınız?

- İlk hissədə nələrdə geri qaldığımızı gördük. Hücuma başlarkən nəyin lazım olduğunu bildik və dəyişikliklər özünü göstərdi. "Krasnodar" da oyunun sonuna yaxın müəyyən dəyişikliklər etdi. Bu da onların oyununa və nəticəyə təsir etdi.

- Hesab 1:1 olarkən niyə onu qorumağa çalışmadınız?

- Gördüm ki, qələbə qazana bilərik. Komandam hücumda yaxşı oynayırdı və buna gücümüz çatırdı. Bu səbəbdən hesabı qorumağa çalışmadıq. Dəyişiklikdən sonra rəqib futbolçu ustalıqla müdafiəçilərimizə qarşı oynadı. Hücumçuya qarşı 5 müdafiəçi də oynasa, ustalığı varsa keçməlidir.

Son xəbərlər

Orphus sistemi