Qriqorçuk: "Bu gün qalib gəldik. Ancaq kənardan göründüyü kimi, bu, asan olmadı"

Qriqorçuk: "Bu gün qalib gəldik. Ancaq kənardan göründüyü kimi, bu, asan olmadı" Qəbələ. 29 aprel. REPORT.AZ/ Bu gün qalib gəldik. Ancaq kənardan göründüyü kimi, bu, asan olmadı. Sadəcə, düzgün oynadıq, qol imkanlarımızdan istifadə etdik.
Futbol
29 Aprel , 2018 03:47
Qriqorçuk: Bu gün qalib gəldik. Ancaq kənardan göründüyü kimi, bu, asan olmadı

Qəbələ. 29 aprel. REPORT.AZ/ "Bu gün qalib gəldik. Ancaq kənardan göründüyü kimi, bu, asan olmadı. Sadəcə, düzgün oynadıq, qol imkanlarımızdan istifadə etdik".

"Report" xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk evdə "Kəpəz"i 3:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

İkinci hissədə tempin enməsi motivasiyanın aşağı düməsi ilə bağlı idi?

- Yox. Aydın məsələdir ki, rəqib öz oyun üslubunu davam etdirirdi. Bizə hər oyunda həm xal qazanmaq vacibdir, həm də futbolçular yaxşı formada olmalıdır. İkinci hissədə qol vura bilməməyimiz epizodlardan pis yararlanmağımızla bağlı idi.

Mayın 28-də Azərbaycan Kubokunun finalında oynayacaqsınız. Bir gün sonra millinin yoldaşlıq görüşü var. Bu məsələni baş məşqçi Qurban Qurbanovla danışmısınız?

- Mən heç kimlə heç nə müzakirə etməmişəm. İndi millini yox, finalı düşünürük. Bütün futbolçulara şans verəcəyik. Təbii ki, kim daha yaxşı hazır olacaq, onları meydana buraxacağıq. Aydındır ki, finalda oynayanlar sabah millidə oynaya bilməz. Onu ehtimal edirəm ki, finalda oynamayan milli üzləri Qırğızıstana qarşı çıxış edə bilərlər.

Rəqiblərə qarşı ikili standartla yanaşırsınız. Bəhlul Mustafazadənin “Qəbələ”yə qarşı oynamasına icazə vermədiniz. Ancaq Roman Hüseynova güzəştə getdiniz. Bu, "Kəpəz"in "Sumqayıt"dan fərqli zəif olması ilə bağlıdır?

- Romanla bağlı niyə belə olduğunu dəqiq deyə bilmərəm. Fikrim rəqibə görə dəyişmir. Mövqeyim budur ki, müqavilə ilə bizə məxsus olan futbolçunun “Qəbələ”yə qarşı oynamasına icazə verilməsin. Ancaq ola bilər ki, rəhbərliklə başqa məqamlar razılaşdırılıb. Bu haqda xəbərim yoxdur. Rəhbərliyin mövqeyinə də qarşı çıxmıram. 

Son xəbərlər

Orphus sistemi