Sabiq məşhur futbolçuya vəzifə verilib

Sabiq məşhur futbolçuya vəzifə verilib Bakı. 28 dekabr. REPORT.AZ/ Sabiq məşhur ukraynalı futbolçu Oleq Bloxinə yeni vəzifə verilib.
Futbol
28 Dekabr , 2018 11:32
Sabiq məşhur futbolçuya vəzifə verilib

Bakı. 28 dekabr. REPORT.AZ/ Sabiq məşhur ukraynalı futbolçu Oleq Bloxinə yeni vəzifə verilib.

“Report”un məlumatına görə, 66 yaşlı mütəxəssis Ukrayna Futbol Federasiyasının (UFF) İcraiyyə Komitəsinin qərarı ilə UFF-nin peşəkar futbolun strateji inkişafı Şurasının həmsədri təyin edilib.

Qeyd edək ki, O.Bloxin 2003-2007 və 2011-2012-ci illərdə Ukrayna millisinin baş məşqçisi olub. Son olaraq isə 2012-2014-cü illərdə Kiyev “Dinamo”sun rəhbərlik edib. O, 1975-ci ildə “Qızıl top” mükafatına layiq görülüb.  

Son xəbərlər

Orphus sistemi