Lionel Messi 7-ci dəfə "Qızıl top" mükafatını qazanıb

Lionel Messi 7-ci dəfə "Qızıl top" mükafatını qazanıb "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının təqdimetmə mərasimi start götürüb.
Futbol
2101
30 Noyabr , 2021 00:53
Lionel Messi 7-ci dəfə Qızıl top mükafatını qazanıb

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, bu mükafata Fransanın PSJ klubunun hücumçusu Lionel Messi layiq görülüb.

Argentinalı forvard karyerası ərzində 7-ci dəfə sözügedən titula sahib çıxıb.

Almaniya "Bavariya"sının polşalı forvardı Robert Levandovski 2-ci, İngiltərənin "Çelsi" klubunun italiyalı yarımmüdafiəçisi Jorjinyo 3-cü yeri tutub. "Mançester Yunayted"də çıxış edən Kriştianu Ronaldu isə 6-cı olub.

Qeyd edək ki, Lionel Messi daha əvvəl 2009, 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə "Qızıl top" mükafatını qazanıb.

23:30

"Qızıl top"un təltifetmə mərasimində ən yaxşı qadın futbolçunun adı açıqlanıb.

"Report"un məlumatına görə, mükafata İspaniya millisinin və "Barselona"nın yarımmüdafiəçisi Aleksiya Putelyas sahib çıxıb. Ona mükafatı Fransa yığmasının və PSJ-nin hücumçusu Kilian Mbappe təqdim edib.

27 yaşlı oyunçu həmyerlisi və komanda yoldaşı Cennifer Ermosonu, həmçinin İngiltərənin "Çelsi" klubundan Samanta Kerri geridə qoyub.

23:30

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının təqdimetmə mərasimi start götürüb.

"Report"un məlumatına görə, Fransanın paytaxtı Şetle teatrında keçirilən tədbirdə 3 nominasiya üzrə qaliblər müəyyənləşəcək.

Mərasimdə ən yaxşı kişi və qadın futbolçularla yanaşı, ilin ən yaxşı qapıçısı və gənc oyunçusu da mükafatlandırılacaq.

Səsvermənin ilkin nəticələrinə əsasən, kişi futbolçular arasında "Qızıl top"a 30 namizəddən cəmi 10-u qalıb. Bunlar aşağıdakılardır:

Kərim Benzema ("Real Madrid", İspaniya)

Kriştianu Ronaldu ("Mançester Yunayted", İngiltərə)

Canluici Donnarumma (PSJ, Fransa)

Jorjinyo ("Çelsi", İngiltərə)

N Qolo Kante ("Çelsi", İngiltərə)

Robert Levandovski ("Bavariya", Almaniya)

Kilian Mbappe (PSJ, Fransa)

Lionel Messi (PSJ, Fransa)

Məhəmməd Salah ("Liverpul", İngiltərə)

Kevin De Brüyne ("Mançester Siti", İngiltərə)

Son xəbərlər

Orphus sistemi