"Qızıl top"a namizəd olan bütün futbolçuların adları açıqlanıb - YENİLƏNİB-4

"Qızıl top"a namizəd olan bütün futbolçuların adları açıqlanıb - YENİLƏNİB-4 Bakı. 8 oktyabr. REPORT.AZ/ France Football” jurnalı Qızıl top” mükafatına bütün namizədlərin siyahısını açıqlayıb.
Futbol
8 Oktyabr , 2018 22:31
Qızıl topa namizəd olan bütün futbolçuların adları açıqlanıb - YENİLƏNİB-4

Bakı. 8 oktyabr. REPORT.AZ/ "France Football” jurnalı "Qızıl top” mükafatına bütün namizədlərin siyahısını açıqlayıb.

"Report" xəbər verir ki, siyahıda 30 futbolçu yer alıb. Onlardan hərəyə 4-ü qapıçı və müdafiəçilər, 7-si yarımmüdafiəçilər, 15-i isə hücumçulardır.

Qapıçılar: Alison Bekker ("Liverpul" İngiltərə, Braziliya), Tibo Kurtua ("Real Madrid" İspaniya, Belçika), Uqo Lyoris ("Tottenhem" İngiltərə, Fransa), Yan Oblak ("Atletiko" İspaniya, Sloveniya)

Müdafiəçilər: Diyeqo Qodin ("Atletiko" İspaniya, Uruqvay), Marselo ("Real Madrid" İspaniya, Braziliya), Serxio Ramos ("Real Madrid", İspaniya), Rafael Varan ("Real Madrid" İspaniya, Fransa)

Yarımmüdafiəçilər: Kevin de Brüyne ("Mançester Siti" İngiltərə, Belçika), İsko ("Real Madrid", İspaniya), NQolo Kante ("Çelsi" İngiltərə, Fransa), Luka Modriç ("Real Madrid" İspaniya, Xorvatiya), Pol Poqba ("Mançester Yunayted" İngiltərə, Fransa), İvan Rakitiç ("Barselona" İspaniya, Xorvatiya), Məhəmməd Salah ("Liverpul" İngiltərə, Misir)

Hücumçular: Serxio Aqüero ("Mançester Siti" İngiltərə, Argentina), Qaret Beyl ("Real Madrid" İspaniya, Uels), Kərim Benzema ("Real Madrid" İspaniya, Fransa), Edinson Kavani (PSJ Fransa, Uruqvay), Kriştianu Ronaldu ("Yuventus" İtaliya, Portuqaliya), Roberto Firmino ("Liverpul" İngiltərə, Braziliya), Antuan Qrizmann ("Atletiko" İspaniya, Fransa), Eden Azar ("Çelsi" İngiltərə, Belçika), Harri Keyn ("Tottenhem", İngiltərə), Mario Mancukiç ("Yuventus" İtaliya, Xorvatiya), Sadio Mane ("Liverpul" İngiltərə, Seneqal), Kilian Mbappe (PSJ, Fransa), Lionel Messi ("Barselona" İspaniya, Argentina), Neymar (PSJ Fransa, Braziliya), Luis Suares ("Barselona" İspaniya, Uruqvay)

"Qızıl top"un sahibi dekabrın 3-də elan olunacaq. Mükafatın hazırkı sahibi ötən yay "Real"dan "Yuventus"a keçən portuqaliyalı futbolçu Kriştianu Ronaldudur.


***20:40

Bakı. 8 oktyabr. REPORT.AZ/ “France Football” nəşri “Qızıl top” mükafatına növbəti namizədləri açıqlayıb.

"Report" xəbər verir ki, dördüncü "5-lik"də Uqo Lyoris ("Tottenhem" İngiltərə, Fransa), Mario Mancukiç ("Yuventus" İtaliya, Xorvatiya), Sadio Mane ("Liverpul" İngiltərə, Seneqal), Marselo ("Real Madrid" İspaniya, Braziliya), Kilian Mbappe (PSJ Fransa, Fransa) yer alıb.

Qeyd edək ki, "Qızıl top" mükafatının təqdimatı dekabrın 3-də Fransanın paytaxtı Parisdə keçiriləcək.


*** 16:12

“France Football” nəşri “Qızıl top” mükafatına növbəti namizədləri açıqlayıb.

"Report" xəbər verir ki, üçüncü "5-lik"də Antuan Qrizmann ("Atletiko Madrid" İspaniya, Fransa), İsko Alarkon ("Real Madrid", İspaniya), Eden Azar ("Çelsi" İngiltərə, Belçika), Harri Keyn ("Tottenhem", İngiltərə) və NQolo Kante ("Çelsi" İngiltərə, Fransa) yer alıb.

Qeyd edək ki, "Qızıl top" mükafatının təqdimatı dekabrın 3-də Fransanın paytaxtı Parisdə keçiriləcək.


***14:14. 

Bakı. 8 oktyabr. REPORT.AZ/ “France Football” nəşri “Qızıl top” mükafatına növbəti namizədləri açıqlayıb.

"Report" xəbər verir ki, ikinci "5-lik"də Tibo Kurtua ("Real Madrid" İspaniya, Belçika), Kriştianu Ronaldu ("Yuventus" İtaliya, Portuqaliya), Kevin De Bruyne ("Mançester Siti" İngiltərə, Belçika), Roberto Firmino ("Liverpul" İngiltərə, Braziliya) və Dieqo Qodin ("Atletiko" İspaniya, Uruqvay) yer alıb.

Dünyanın ən yaxşı futbolçusu mükafatı uğrunda 30 oyunçu mübarizə aparacaq. Qalan namizədlərin adları gün ərzində açıqlanacaq.

Qeyd edək ki, "Qızıl top" mükafatının təqdimatı dekabrın 3-də Fransanın paytaxtı Parisdə keçiriləcək.

FIFA 2018-ci ilin ən yaxşı futbolçusu adına Xorvatiya millisinin və İspaniyanın "Real Madrid" klubunun yarımmüdafiəçisi Luka Modriçi layiq görüb


*** 12:05

“France Football” nəşri “Qızıl top” mükafatına namizədləri açıqlamağa başlayıb. 

"Report" xəbər verir ki, ilk olaraq 5 namizədin adı siyahıya daxil edilib. 

"5-lik"də Serxio Aqüero ("Mançester Siti" İngiltərə, Argentina), Qaret Beyl ("Real Madrid" İspaniya, Uels), Kərim Benzema ("Real Madrid" İspaniya, Fransa), Alisson Bekker ("Liverpul" İngiltərə, Braziliya), Edinson Kavani (PSJ Fransa, Uruqvay) yer alıblar. 

Dünyanın ən yaxşı futbolçusu mükafatı uğrunda 30 oyunçu mübarizə aparacaq. Qalan namizədlərin adları gün ərzində açıqlanacaq. 

Qeyd edək ki, "Qızıl top" mükafatının təqdimatı dekabrın 3-də Fransanın paytaxtı Parisdə keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi