"Qızıl buts"u qazanan futbolçunun müqaviləsi uzadılacaq

"Qızıl buts"u qazanan futbolçunun müqaviləsi uzadılacaq İtaliyanın "Latsio" klubu futbolçusu Çiro İmmobile ilə müqavilənin müddətini uzadacaq.
Futbol
876
11 Avqust , 2020 15:23
Qızıl butsu qazanan futbolçunun müqaviləsi uzadılacaq
Çiro İmmobile

İtaliyanın "Latsio" klubu futbolçusu Çiro İmmobile ilə müqavilənin müddətini uzadacaq. 

"Report"un məlumatına görə, 30 yaşlı hücumçu bu barədə "Corriere dello Sport" nəşrinə açıqlama verib.

İtaliyalı forvard üzünü əbədi olaraq Roma təmsilçisinə həsr etmək niyyətində olduğunu bildirib. İmmabile müqaviləsinin daha üç il uzadılacağını və yeni sözləşmənin 2025-ci ildə başa çatacağını söyləyib. 

Qeyd edək ki, Çiro İmmobile 2016-cı ildən "Latsio"da çıxış edir. O, 2019/2020 mövsümündə 36 qolla A Seriyasının bombardiiri olub və "Qızıl buts"u qazanıb. 

Orphus sistemi