Azərbaycan Premyer Liqasında turun rəmzi komandası və oyunçusu açıqlandı

Azərbaycan Premyer Liqasında turun rəmzi komandası və oyunçusu açıqlandı Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun rəmzi komandası və futbolçusu bəlli olub.
Futbol
103
3 Mart , 2020 14:54
Azərbaycan Premyer Liqasında turun rəmzi komandası və oyunçusu açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun rəmzi komandası və futbolçusu bəlli olub.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, “InStat”ın təhlili əsasında "11-liy"ə "Qarabağ" və "Sumqayıt"dan 4, "Qəbələ"dən 2, "Sabah"dan isə 1 futbolçu düşüb.

Həftənin oyunçusu adına isə "Qəbələ" klubunun yarımmüdafiəçisi Qismət Alıyev layiq görülüb.

Qapıçı: Saşa Stamenkoviç – 272 (“Sabah”) – 3

Müdafiəçilər: Qismət Alıyev – 324 (“Qəbələ”) – 3, Camaləddin Xocaniyazov – 273 (“Sumqayıt”), İviça Juniç – 271 (“Qəbələ”) – 3, Maksim Medvedev – 248 (“Qarabağ”) – 4

Yarımmüdafiəçilər: Abdullah Zubir – 262 (“Qarabağ”) – 6, Aleksey İsayev – 319 (“Sumqayıt”), Rəhim Sadıxov – 315 (“Sumqayıt”), Xayme Romero – 262 (“Qarabağ”) – 5

Hücumçular: Kvabene Ovusu – 251 (“Qarabağ”), Peyman Babayi – 239 (“Sumqayıt”)

Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.

Son xəbərlər

Orphus sistemi