Qerqe Lovrençiç: "Bakıya qələbə üçün gəlmişik"

Qerqe Lovrençiç: "Bakıya qələbə üçün gəlmişik" Komandamızın yüksək motivasiyası var. Biz arzumuza çatmaq istəyirik. Yaxşı seriya yaxalamışıq, bunu davam etdirmək istəyirəm. Meydana qələbə üçün çıxacağıq.
Futbol
7 İyun , 2019 20:01
Qerqe Lovrençiç: Bakıya qələbə üçün gəlmişik

"Komandamızın yüksək motivasiyası var. Biz arzumuza çatmaq istəyirik. Yaxşı seriya yaxalamışıq, bunu davam etdirmək istəyirəm. Meydana qələbə üçün çıxacağıq".

"Report" xəbər verir ki, bu fikirləri Macarıstan millisinin futbolçusu Qerqe Lovrençiç Azərbaycanla oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Müdafiəçi sabahkı görüşlə bağlı iddialı danışıb: "Bakıya qələbə üçün gəlmişik. 3 xalı qazanmaq niyyətindəyik. Bunun üçün ciddi hazırlaşmışıq. Hazırlıq üçün kifayət qədər vaxtımız olub. Bu da bizim üçün müsbət məqamdır".

Qeyd edək ki, Azərbaycan - Macarıstan matçı iyunun 8-də "Bakcell Arena"da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi