Elvin Camalov: "Qələbə hər şeyi ört-basdır etdi"

Elvin Camalov: "Qələbə hər şeyi ört-basdır etdi" Qəbələ. 5 fevral. REPORT.AZ/ Bu oyunda baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə maksimum dərəcədə çalışdıq. Birinci hissə bərabər səviyyədə keçdi.
Futbol
5 Fevral , 2019 13:16
Elvin Camalov: Qələbə hər şeyi ört-basdır etdi

Qəbələ. 5 fevral. REPORT.AZ/ "Bu oyunda baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə maksimum dərəcədə çalışdıq. Birinci hissə bərabər səviyyədə keçdi".

Bunu “Qəbələ”nin futbolçusu Elvin Camalov Azərbaycan Premyer Liqasının XV turunda evdə “Sumqayıt” üzərində 1:0 hesablı qələbə qazandıqları görüşdən sonra “Report”un Şirvan bürosuna açıqlamasında deyib.

24 yaşlı yarımmüdafiəçi ikinci yarının onlar üçün çox yaxşı keçdiyini vurğulayıb: "Bu hissədə istədiyimiz qolu vurduq və qələbə qazandıq. Qarşılaşmaya maksimum dərəcədə hazırlaşmışdıq. Təlim-məşq toplanışından bu vaxta kimi düşünürdük ki, çempionata qələbə ilə başlamalıyıq. Mövsümün ikinci yarısındakı ilk oyunumuzda 3 xal qazandığımız üçün sevinirəm".

Camalov bildirib ki, "Sumqayıt"la oyuna qələbəyə inam hissi ilə çıxıblar: "Hücum xəttində daha da aktivlik gözləyirdik. Daha çox qol vurmaq bizi sevindirərdi. Əsas qələbə idi ki, onu da bacardıq. Qış toplanışında yaxşı hazırlaşdıq və baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. "Sumqayıt"la oyunda istədiklərimizin hamısını edə bilməsək də, əsas odur ki, qələbə qazandıq. Qələbə hər şeyi ört-basdır etdi".

"Qəbələ"nin oyunçusu fasilədən sonra ilk görüş olduğu üçün komandada bəzi əksiklərin nəzərə çarpdığını söyləyib: "Növbəti oyunlarda daha da artırmaq istəyir. Hesab fərqli də ola bilərdi". 

Qeyd edək ki, “Qəbələ” "Sumqayıt"ı 84-cü dəqiqədə Stiven Jozef-Monrozun vurduğu qolla məğlub edib.

Son xəbərlər

Orphus sistemi