Qəbələdə autsayderlərin dueli, "Neftçi" "Keşlə"yə qarşı

Qəbələdə autsayderlərin dueli, "Neftçi" "Keşlə"yə qarşı Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start veriləcək.
Futbol
24 Oktyabr , 2020 07:30
Qəbələdə autsayderlərin dueli, Neftçi Keşləyə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında "Qəbələ" evdə "Səbail"lə üz-üzə gələcək. Hazırda "qırmızı-qaralar" 4 xalla sonuncu pillədə yer alıb. Eyni xala malik və bir oyun az keçirən "dənizçilər" isə top fərqinə görə 7-ci sırada qərarlaşıblar. İndiyədək ölkə çempionatında 11 dəfə rəqib olmuş komandaların duelində meydan sahibləri 5, qonaqlar isə 3 dəfə qələbə qazanıblar. 3 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqi də əyalət təmsilçisinin xeyirinədir - 19-12. “Səbail” son 5 matçda qol buraxıb. “Qəbələ” ev oyunlarını qolsuz və xalsız tərk etməyib.

Digər matçda isə 10 xalla 3-cü pillənin sahibi olan "Neftçi" "ASK Arena"da 9 xalla özündən 1 pillə aşağıda qərarlaşan "Keşlə"nin qonağı olacaq. Komandalar çempionatda ümumilikdə 62 dəfə qarşılaşıblar. Bu matçların 15-də meydan sahibləri, 32-də isə qonaqlar qalib gəliblər. 15 görüş isə heç-heçə başa çatıb. "Neftçi"nin vurduğu 94 qola "Keşlə" 61 qolla cavab verib. Son iki matçda hər iki komanda qol vurub. Flaqman" son 8 səfər oyununu qolsuz tərk etməyib.

24 oktyabr (şənbə)

Azərbaycan Premyer Liqası

VII tur

24 oktyabr (şənbə)

14:00. “Qəbələ” – “Səbail”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Vüqar Həsənli

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qəbələ şəhər stadionu.

16:00. “Keşlə” – “Neftçi”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cavanşir Yusifov, Rövşən Rəcəbov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Elgiz Abbasov

ASK Arena.

Qeyd edək ki, ilk dövrənin son turunda sabah keçiriləcək "Sabah" - "Sumqayıt" və "Zirə" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi