"Qəbələ" yoxlama oyununda Xorvatiya klubuna məğlub olub

"Qəbələ" yoxlama oyununda Xorvatiya klubuna məğlub olub Bakı. 28 iyun. REPORT.AZ/ 2018/2019-cu illər mövsümünün hazırlıqlarını Sloveniyada davam etdirən Qəbələ” komandası bu gün ikinci yoxlama oyununu keçirib.
Futbol
28 İyun , 2018 23:35
Qəbələ yoxlama oyununda Xorvatiya klubuna məğlub olub

Bakı. 28 iyun. REPORT.AZ/ 2018/2019-cu illər mövsümünün hazırlıqlarını Sloveniyada davam etdirən "Qəbələ” komandası bu gün ikinci yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, "qırmızı-qaralar” Xorvatiyanın "Dinamo” klubu ilə qarşılaşıblar.

Murska Sobota şəhərinin "Mura” stadionunda baş tutmuş görüş Zaqreb təmsilçisinin qələbəsi ilə yekunlaşıb. İlk yarıda qapısını toxunulmaz saxlayan "Qəbələ"ni 64-cü dəqiqədə İvan Sunyiç, 86-cı dəqiqədə isə Antonio Marin məyus edib.

Yoxlama oyunu

20:00. "Qəbələ" - "Dinamo" (Zaqreb) - 0:2

Qollar: İvan Sunyiç, 64. Antonio Marin, 86

Murska Sobota (Sloveniya), "Mura" stadionu

"Qəbələ” ilk yoxlama oyununda Albaniyanın "Kukesi” klubu ilə qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi