"Qəbələ" yoxlama oyununda heç-heçə edib

"Qəbələ" yoxlama oyununda heç-heçə edib Bakı. 18 iyun. REPORT.AZ/ Qəbələ klubu yay hazırlıq dönəmində ilk yoxlama matçına çıxıb.
Futbol
18 iyun 2018 09:11
Qəbələ yoxlama oyununda heç-heçə edib

Bakı. 18 iyun. REPORT.AZ/ "Qəbələ" klubu yay hazırlıq dönəmində ilk yoxlama matçına çıxıb.

"Report"un məlumatına görə, rəqib I Divizionda yer alan MOİK komandası olub. "Bakı" klubunun Təlim-Məşq Bazasında keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk qolu ikinci hissənin əvvəllərində "hərbçilər"in oyunçusu Elmir Tağıyev vurub. Oyunun sonlarında isə Rauf Əliyev penaltidən yekun nəticəni müəyyənləşdirib.

"Qəbələ"nin yeni baş məşqçisi Sənan Qurbanov heyətdə hələ mövsümün gedişində komandaya azad agent kimi keçən Rauf Əliyevə, icarədən qayıdan futbolçulara da yer verib. Əvəzində yeni transfer Sabien Liray matçı tribunadan izləyib. Qurbanov "qırmızı-qaralar"a yeni qoşulan Liraya istirahət verib. Eyni zamanda Azərbaycan millisinin düşərgəsində olmuş Cavid Hüseynov, Təmkin Xəlilzadə, İlqar Qurbanov və Ürfan Abbasov meydana çıxmayıb. Onlar bu gün "Qəbələ"nin düşərgəsinə gələrək, iyunun 20-də Sloveniyaya toplanışa yola düşəcək heyətdə olacaqlar.

Son xəbərlər

Orphus sistemi