"Qəbələ" yoxlama matçında "Zirə"ni məğlub edib

"Qəbələ" yoxlama matçında "Zirə"ni məğlub edib Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən Zirə və Qəbələ komandaları yoxlama matçında üz-üzə gəliblər.
Futbol
12 Oktyabr , 2019 16:51
Qəbələ yoxlama matçında Zirəni məğlub edib

Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən "Zirə" və "Qəbələ" komandaları yoxlama matçında üz-üzə gəliblər.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan qarşılaşma "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüş "Zirə"nin yeni baş məşqçisi Zaur Həşimovun paytaxt təmsilçisində ilk oyunu olub. Komandanın yeni transferi Riçard Qadze də matçda iştirak edib.

Qeyd edək ki, "Zirə" hazırda turnir cədvəlində 8 xalla beşinci, "Qəbələ" isə 5 xalla 7-ci yerdə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi