"Qəbələ" yeni mövsüm üçün formalarını təqdim edib

"Qəbələ" yeni mövsüm üçün formalarını təqdim edib "Qəbələ" 2022/2023 mövsümü üçün yeni formalarını təqdim edib.
Futbol
30 İyun , 2022 11:07
Qəbələ yeni mövsüm üçün formalarını təqdim edib

"Qəbələ" 2022/2023 mövsümü üçün yeni formalarını təqdim edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, geyim dəstləri ənənəvi olaraq qırmızı və ağ rəngdə hazırlanıb.

Əyalət təmsilçisi adətən ev oyunlarında qırmızı, səfər matçlarında isə ağ rəngli formalardan istifadə edir.

Qeyd edək ki, "Qəbələ" yeni mövsümdə Azərbaycanın UEFA Konfrans Liqasında təmsil edəcək. "Qırmızı-qaralar" II təsnifat mərhələsində Macarıstanın "Fehervar" klubu ilə qarşılaşacaq. İlk görüş iyulun 21-də evdə, cavab matçı isə 1 həftə sonra səfərdə olacaq.

Son xəbərlər

Orphus sistemi