"Qəbələ" Türkiyə klubuna uduzub

"Qəbələ" Türkiyə klubuna uduzub Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" ilk yoxlama oyununu keçirib.
Futbol
5 İyul , 2022 19:19
Qəbələ Türkiyə klubuna uduzub

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" ilk yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Türkiyə Super Liqasında çıxış edən "Qaziantep"lə üz-üzə gəlib. Qarşılaşma "qırmızı-qaralar"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Azərbaycan təmsilçisindən yeganə qolu 70-ci dəqiqədə Ülvi İsgəndərli vurub. Rəqibdən isə Papi Ciloboci və Aleksandru Maksim fərqləniblər.

Qeyd edək ki, "Qəbələ" iyulun 12-də Rumıniyanın “Çiksereda” klubu ilə də qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi