​"Qəbələ" Türkiyədə 7 yoxlama oyunu keçirəcək

​"Qəbələ" Türkiyədə 7 yoxlama oyunu keçirəcək Yoxlama oyunları iki hissədən ibarət olacaq
Futbol
21 Dekabr , 2014 11:11
​Qəbələ Türkiyədə 7 yoxlama oyunu keçirəcək
Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycanın “Qəbələ” futbol klubu qış hazırlıq proqramı çərçivəsində 7 yoxlama oyunu keçirəcək.

"Report" klubun rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, Türkiyədə keçiriləcək yoxlama oyunları iki hissədən ibarət olacaq.

Qeyd edək ki, “qırmızı-qaralar” Topaz Premyer Liqasının XVIII turunun “İnter”lə dekabrın 21-dəki oyunundan sonra istirahətə buraxılacaq. Komanda 2014/15 mövsümünün ikinci yarısının hazırlıqlarına 2015-ci il yanvarın 5-də start verəcək. Həmin gün komanda üzvləri Türkiyənin Antalya şəhərində bir araya gələrək məşqlərə başlayacaq.

“Qəbələ”nin legionerləri birbaşa qonşu ölkəyə gələcəksə, yerli futbolçular Bakıda toplaşaraq səfərə yollanacaq. Türkiyə hazırlıqları iki mərhələdən ibarət olacaq. Yanvarın 5-dən 17-dək məşq edəcək komandaya iki günlük istirahət veriləcək. Toplanışın ikinci mərhələsi ayın 20-dən 29-dək davam edəcək.

Yoxlama oyunlarının 3-ü 1-ci, 4-ü 2-ci mərhələdə baş tutacaq. Oyunların günləri və sınaqçı rəqiblərin tam siyahısı yaxın günlərdə dəqiqləşəcək. Antalya toplanışını başa vurub, Bakıya qayıdacaq komanda XIX turun qarşılaşmasına hazırlıqları paytaxtda tamamlayacaq.

“Qəbələ” 2015-ci ildə ilk rəsmi oyununu fevralın 1-də səfərdə “Bakı”ya qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi