"Qəbələ" "Sumqayıt"ı, "Neftçi" "Sabah"ı qəbul edir - AFİŞA

"Qəbələ" "Sumqayıt"ı, "Neftçi" "Sabah"ı qəbul edir - AFİŞA Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.
Futbol
141
7 Mart , 2020 07:30
Qəbələ Sumqayıtı, Neftçi Sabahı qəbul edir - AFİŞA

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Qəbələdə olacaq. Şəhərin eyniadlı təmsilçisi doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. Hazırda "Qəbələ" 16 xalla sonuncu - 8-ci pillədədir. "Gənclik şəhəri" təmsilçisinin isə 23 xalı var və 4-cü sırada qərarlaşıb.

Komandalar arasında birinci dövrədə bu stadionda keçirilmiş görüşdə qonaqlar 2:0 hesablı qələbə qazanıb. Sumqayıtdakı matçda qalib müəyyənləşməyib - 1:1.

Komandalar indiyədək çempionatda 30 dəfə üz-üzə gəlib. Bunların 17-də “Qəbələ” qalib gəlibsə, "Sumqayıt" cəmi 4 dəfə qələbə sevinci yaşayıb. 9 qarşılaşma isə heç-heçə bitib. Topların fərqində də "Qəbələ"nin aşkar üstünlüyü var - 48:24. Ayxan Abbasovun baş məşqçi olduğu "Sumqayıt" son üç oyunu qolsuz və xalsız tərk etməyib. Qəbələdəki son iki matçda qol vuran komanda qalib gəlib.

Günün ikinci matçında isə "Neftçi" və "Sabah" üz-üzə gələcəklər. "Ağ-qaralar" 34 xalla 2-ci, Masazır təmsilçisi isə 21 xalla 5-cü sırada yer alıb. I dövrədə "Bakcell Arena"dakı qarşılaşma heç-heçə başa çatıb - 1:1. II dövrədəki oyunda isə "Neftçi" 2:0 hesablı səfər qələbəsi qazanıb.

Rəqiblər Premyer Liqada 6 dəfə qarşılaşıblar. Bunların 5-də "Neftçi" meydanı 3 xalla tərk edib, 1 oyun isə heç-heçə yekunlaşıb. Topların fərqində də "ağ-qaralar" öndədir - 12:2. "Neftçi" bütün oyunlarda qol vurub.

7 mart (şənbə)

16:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Nicat İsmayıllı

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: İlhаm Əliyev

Qəbələ şəhər stadionu

18:00. “Neftçi” – “Sabah”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Kamal Umudlu

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Bakcell Arena

Qeyd edək ki, tura sabah keçiriləcək "Səbail" – "Zirə" və "Keşlə" – "Qarabağ" oyunları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi