"Qəbələ" "Sumqayıt"ı darmadağın edib

"Qəbələ" "Sumqayıt"ı darmadağın edib Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
Futbol
27 Fevral , 2022 21:07
Qəbələ Sumqayıtı darmadağın edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

"Report" xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Qəbələ"ni qəbul edib.

Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə bitib. "Qırmızı-qaralar"ın qollarını 2-ci dəqiqədə Rafael Utriq, 39-cu dəqiqədə Ruan Renato, 41-ci dəqiqədə Rövlan Muradov, 68-ci dəqiqədə isə Murad Musayev vurub.

Xallarının sayını 32-yə çatdıran "Qəbələ" ikinci pillədəki mövqeyini qoruyub. "Gənclik şəhəri" təmsilçisi isə 13 xalla 7-ci yerdədir.

Qeyd edək ki, günün ilk görüşündə "Neftçi" səfərdə "Sabah"ı 1:0 hesabı ilə yenib. Tura fevralın 28-də keçiriləcək "Səbail" - "Zirə" və "Keşlə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi