Bakı. 8 yanvar. REPORT.AZ/ “Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib.
“Report” klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” Miloş Yevtiçlə yollarını ayırıb. Əvəzində, Azərbaycanın U-18 yığmasının sabiq baş məşqçisi Zaur Həşimovla ilyarımlıq müqavilə bağlanılıb. O, Sənan Qurbanovun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq.
Qeyd edək ki, serbiyalı mütəxəssis ötən ilin iyulundan komandanın fiziki hazırlıq üzrə məşqçisi funksiyasını yerinə yetirirdi.