Qəbələ şəhər stadionundakı son vəziyyət açıqlandı

Qəbələ şəhər stadionundakı son vəziyyət açıqlandı Qəbələ şəhər stadionundakı son vəziyyət açıqlandı
Futbol
159
24 Fevral , 2021 19:11
Qəbələ şəhər stadionundakı son vəziyyət açıqlandı

"Bizim heç vaxt qarla bağlı problemimiz olmayıb. Qəbələdə adətən duman olanda çətinlik yaşanır".

Bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin mətbuat katibi Anar Hacıyev "Sumqayıt"la Azərbaycan Premyer Liqasının XVII tur oyunu üçün stadionda gedən hazırlıq işləri barədə danışarkən deyib.

Klub rəsmisi bildirib ki, meydanı qardan təmizləmək üçün lazımi texnikaları var: "Ot örtüyünə daim nəzarət olunur. Qarın hündürlük yığmasına imkan verilmir. Qar vaxtında təmizlənir. Bu gün hər iki komanda burada məşq keçib. Hazırda qar yağır, amma vəziyyət nəzarət altındadır".

Hacıyevin sözlərinə görə, stadionda isitmə sisteminin olması da meydanın vəziyyətini nəzarətdə saxlamağa imkan verir: "Qar yağışı güclənəcəyi halda, durumun necə olacağını indidən demək olmaz. Lakin stadion işçilərimiz növbəli şəkildə meydançaya nəzarət edirlər. Səhər saatlarında müəyyən hündürlükdə qar qatı əmələ gəlsə də, vaxtında təmizləndi. Məşq üçün heç bir problem olmadı".

Qeyd edək ki, fevralın 25-də keçiriləcək "Qəbələ" - "Sumqayıt" matçı saat 15:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi