"Qəbələ" Premyer Liqanın ilk turunun oyununa itkilərlə çıxacaq

"Qəbələ" Premyer Liqanın ilk turunun oyununa itkilərlə çıxacaq Qəbələ Azərbaycan Premyer Liqasının I turunda Sumqayıtla keçirəcəkləri ev oyununa itkilərlə çıxacaq.
Futbol
16 Avqust , 2019 13:21
Qəbələ Premyer Liqanın ilk turunun oyununa itkilərlə çıxacaq

"Qəbələ" Azərbaycan Premyer Liqasının I turunda "Sumqayıt"la keçirəcəkləri ev oyununa itkilərlə çıxacaq. 

Bu barədə "Report"a komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib. 39 yaşlı mütəxəssis bildirib ki, əyalət təmsilçisinin yeni heyətinə qatdığı hücumçu Kristian Kouakou və sol cinah müdafiəçisi Yusif Nəbiyevin sözügedən qarşılaşmada zədə səbəbindən iştirak etməyəcəyi dəqiqləşib. 

Qurbanov digər zədəli hücumçular - Ülvi İsgəndərov və Davit Volkovun durumuna isə oyun günü aydınlıq gələcəyini söyləyib. 

Avropa Liqasının II təsnifat mərhələsində Gürcüstanda "Dinamo" ilə cavab matçında (0:3) zədələnən müdafiəçi İvitsa Juniç isə təxminən 2 aya yaxın yaşıl meydanlardan kənarda qalacaq. 

Qeyd edək ki, avqustun 17-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 19:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi