"Qəbələ" - "Panatinaikos" oyununun biletlər satışa çıxarılıb

"Qəbələ" - "Panatinaikos" oyununun biletlər satışa çıxarılıb Qiymətlər sektorlardan asılı olaraq 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır
Futbol
31 İyul , 2017 13:29
Qəbələ - Panatinaikos oyununun biletlər satışa çıxarılıb

Bakı. 31 iyul. REPORT.AZ/ "Qəbələ" ilə Yunanıstanın "Panatinaikos" klubu arasında keçiriləcək Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü üçün biletlər satışa çıxarılıb.

"Report"un "qırmızı-qaralar"ın rəsmi saytına istinadən verdiyi məlumatına görə, biletləri bu gün saat 14:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun (“Gənclik” metrosu yaxınlığı) və "Bakcell Arena"nın kassalarından almaq olar. 

Qiymətlər sektorlardan asılı olaraq 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Son xəbərlər

Orphus sistemi