Bakı. 8 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun növbəti oyunu keçirilib.
"Report"un məlumatına görə "Zirə" doğma azarkeşlər önündə "Qəbələ" ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Görüşün birinci hissəsində qapılara qol vurulmayıb. Hesabı 53-cü dəqiqədə "Zirə" komandası açıb. Meydan sahiblərinin heyətində Milan Duriç penaltidən fərqlənib. Bərabərlik qolu isə 78-ci dəqiqəyə təsadüf edib. Stiven Monroz oyunda son nöqtəni qoyub.
Bununla da xallarını 41-ə çatdıran "Qəbələ" lider "Qarabağ"ın 12 xal gerisinə düşüb. Xallarını 35-ə çatdıran "Zirə" isə eyni xala malik "Sumqayıt"ı şəxsi göstəricilərdə üstələyərək, 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, tura "Neftçi" - "Sumqayıt" matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XXII tur
8 aprel (bazar)
16:30. "Zirə” – "Qəbələ” - 1:1
Qollar: Milan Duriç, 54-p - Stiven Monroz, 78
Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Vaqif Musayev, Ömər Paşayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
Zirə İdman Kompleksinin stadionu
İlk üç dövrə: 1:1, 2:1, 1:2