"Qəbələ"nin yeni transferi: "Komandaya tez qoşulmaq istəyirəm"

"Qəbələ"nin yeni transferi: "Komandaya tez qoşulmaq istəyirəm" "Qəbələ" Kiprin "Olimpiakos" (Nikosiya) klubunun futbolçusu Omar Haninin keçidini həll edib.
Futbol
368
31 Avqust , 2021 16:15
Qəbələnin yeni transferi: Komandaya tez qoşulmaq istəyirəm

"Qəbələ" Kiprin "Olimpiakos" (Nikosiya) klubunun futbolçusu Omar Haninin keçidini həll edib.

"Report"un məlumatına görə, bu barədə iordaniyalı hücumameylli yarımmüdafiəçi "Kerkida" nəşrinə açıqlamasında deyib.

22 yaşlı vinger əyalət təmsilçisi ilə müqavilə imzalamaq üçün Azərbaycana gəlib. O, rəsmi oyunlara başlamazdan əvvəl məşqlərə, atmosferə uyğunlaşmaq məqsədilə "qırmızı-qaralar"a tez qoşulmaq istədiyini bildirib.

Qeyd edək ki, Omar Hani daha əvvəl Səudiyyə Ərəbistanının "Əl-Feysali" və Kiprin APOEL komandalarında da çıxış edib.

Son xəbərlər

Orphus sistemi