"Qəbələ"nin xəstəxanaya aparılan futbolçusunun durumuna aydınlıq gəlib

"Qəbələ"nin xəstəxanaya aparılan futbolçusunun durumuna aydınlıq gəlib Azərbaycan Premyer Liqasının II turunda Qarabağla oyunda zədələndiyi üçün xəstəxanaya aparılan Qəbələnin futbolçusu Klesio Baukun durumuna aydınlıq gəlib.
Futbol
26 Avqust , 2019 12:55
Qəbələnin xəstəxanaya aparılan futbolçusunun durumuna aydınlıq gəlib

Azərbaycan Premyer Liqasının II turunda "Qarabağ"la oyunda zədələndiyi üçün xəstəxanaya aparılan "Qəbələ"nin futbolçusu Klesio Baukun durumuna aydınlıq gəlib.

Əyalət təmsilçisinin baş məşqçisi Sənan Qurbanovun "Report"a verdiyi məlumata görə, hazırda 25 yaşlı hücumçunun vəziyyəti yaxşıdır. 39 yaşlı mütəxəssis mozambikli oyunçunun rəqibin futbolçusu Riçard Almeyda ilə mübarizədə boğazından zərbə aldığını bildirib: "Oyunçu zərbə aldıqdan sonra nəfəs ala bilmirdi və ona görə xəstəxanaya apardıq. İndi ciddi bir şey yoxdur, qarşıdakı matçlarda iştirak edə biləcək".

Qeyd edək ki, görüş "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Klesio Bauk zədələndiyi üçün onun yerinə 29-cu dəqiqədə meydana Rövlan Muradov daxil olub. 

Orphus sistemi