"Qəbələ"nin hazırlıq planı bəlli olub, 3 legionerlə danışıqlar davam edir

"Qəbələ"nin hazırlıq planı bəlli olub, 3 legionerlə danışıqlar davam edir "Qəbələ" klubunun UEFA Konfrans Liqasının oyunları üçün təlim-məşq toplanışına başlayacağı vaxt bəlli olub.
Futbol
31 May , 2022 12:21
Qəbələnin hazırlıq planı bəlli olub, 3 legionerlə danışıqlar davam edir

"Qəbələ" komandasının UEFA Konfrans Liqasının oyunlarının hazırlıqlarına başlayacağı vaxt bəlli olub.

Bu barədə "Report"a "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev məlumat verib.

42 yaşlı mütəxəssis iyunun 15-də Qəbələdə təlim-məşq toplanışına start verəcəklərini söyləyib: "Büdcəmiz müəyyənləşəndən sonra imkan yaranacağı təqdirdə, ölkə xaricinə - Türkiyəyə yollanmaq fikrimiz var".

Baxşıyev müqaviləsi başa çatan oyunçularla danışıqlarının davam etdiyini sözlərinə əlavə edib: "Legionerlərdən Rafael Utziq, Kristof Atanqana, Yaovi Akakpo, Ruan Renato və İsnik Alimi ilə müqavilələr uzadılıb. Yerli oyunçularla bağlı sual yoxdur. Hamısı qarşılıqlı anlaşaraq müqavilələri yeniləyib. Hələlik vidalaşdığımız oyunçular yoxdur".

Baş məşqçi 3 legionerlə danışıqların davam etdiyini deyib: "Ötən mövsümkü heyəti saxlamaq niyyətindəyiq Omar Hani, Stefan Vukçeviç və Fernan Lopeslə danışıqlarımız davam edir. Bundan əlavə, 2-3 futbolçu ilə güclənməyimiz mütləq lazımdır".

Qeyd edək ki, "Qəbələ" UEFA Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən start verəcək. Bu raundun püşkü iyunun 15-də atılacaq. İlk oyunlar iyulun 21-də, cavab qarşılaşmaları isə iyulun 28-də olacaq.

Son xəbərlər

Orphus sistemi