"Qəbələ"nin şikayəti təmin edilmədi

"Qəbələ"nin şikayəti təmin edilmədi Apellyasiya Arbitraj Tribunalının qərarını diqqətinizə çatdırırıq:
Futbol
9 aprel 2021 10:16
Qəbələnin şikayəti təmin edilmədi

AFFA Apellyasiya Arbitraj Tribunalı "Qəbələ" klubunun şikayətinə baxıb.

"Report"un məlumatına görə, əyalət təmsilçisinin futbolçusu Merab Giqauri ilə bağlı tələbi yerinə yetirilməyib.

"Qırmızı-qaralar"ın evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdiyi Premyer Liqanın XX tur matçında aqresiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan gürcüstanlı yarımmüdafiəçinin 3 oyunluq cəzası və klubaun 2400 manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.

Son xəbərlər

Orphus sistemi