"Qəbələ"nin sabiq futbolçusu rəqib oyunçunu xilas etdiyinə görə mükafatlandırılıb

"Qəbələ"nin sabiq futbolçusu rəqib oyunçunu xilas etdiyinə görə mükafatlandırılıb Hadisə Rusiya çempionatında baş verib
Futbol
30 Aprel , 2017 14:04
Qəbələnin sabiq futbolçusu rəqib oyunçunu xilas etdiyinə görə mükafatlandırılıb

Bakı. 30 aprel. REPORT.AZ/ Hazırda "Kuban"da çıxış edən "Qəbələ"nin sabiq futbolçusu Aleksey Qay Rusiya Milli Futbol Liqasının (FNL) prezidenti İqor Yefremov tərəfindən mükafatlandırılıb.

"Report"un məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi I Divizionda Moskva "Dinamo"su ilə XXXIV tur matçından əvvəl təltif olunub.

O, XXVII tur matçında rəqib futbolçu ilə toqquşma nəticəsində zərər çəkən "Mordoviya"nın futbolçusu Aleksandr Alxazova köməklik göstərib. Qay huşunu itirən və dili qatlanan Alxazovun boğulmasına imkan verməyib. Bununla da, təcrübəli futbolçu həmkarının həyatını xilas edib.

Ukraynalı orta sahə oyunçusuna meydanda baş vermiş fövqəladə vəziyyətdə savadlı və bacarıqlı davrandığı üçün təşəkür edilib, tribunalar isə onu alqışlayıb.

Qeyd edək ki, Aleksey Qay "Qəbələ"də 2015-ci ilin yanvarından 2016-cı ilin iyununadək forma geyinib.

Son xəbərlər

Orphus sistemi