"Qəbələ"nin rəqibi futbolçusu ilə yeni müqavilə imzalayıb

"Qəbələ"nin rəqibi futbolçusu ilə yeni müqavilə imzalayıb Cessi Moulin 2020-ci ilə qədər "Sent-Etyen"də çıxış edəcək
Futbol
18 Oktyabr , 2016 09:36
Qəbələnin rəqibi futbolçusu ilə yeni müqavilə imzalayıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi Fransanın "Sent-Etyen" klubu qapıçısı ilə müqavilə müddətini artırıb.

"Report"un klub saytına istinadən verdiyi məlumata görə, Cessi Moulin 2020-ci ilə qədər "Sent-Etyen"də çıxış edəcək.

30 yaşlı qapıçı ilə imza mərasimi dünən baş tutub.

Qeyd edək ki, Moulin 2008-ci ildə "Sent-Etyen"lə müqavilə imzalayıb. Sonrakı mövsümlərdə icarə əsasında aşağı liqa klublarında çıxış edən qapıçı 2012-ci ildə yenidən bu komandaya qayıdıb. 

Son xəbərlər

Orphus sistemi