"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu icarəyə götürüb

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu icarəyə götürüb "Qəbələ"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Macarıstan "Fehervar"ı heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
4 İyul , 2022 18:33
Qəbələnin rəqibi Real Sosyedadın futbolçusunu icarəyə götürüb

"Qəbələ"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Macarıstan "Fehervar"ı heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Mixael Borisin rəhbərlik etdiyi komanda İspaniya "Real Sosyedad"ından Pavel Pokornini icarəyə götürüb.

21 yaşlı slovakiyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Qəbələ" "Fehervar"a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə 1 həftə sonra evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi