"Qəbələ"nin rəqibi futbolçusunu komandadan göndərib

"Qəbələ"nin rəqibi futbolçusunu komandadan göndərib Yarımmüdafiəçi Avstraliya çempionatında çıxış edəcək
Futbol
18 Oktyabr , 2016 17:24
Qəbələnin rəqibi futbolçusunu komandadan göndərib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Avropa Liqasının C qrupunda "Qəbələ"nin rəqibi Almaniyanın "Maynts" klubu bir futbolçusunu icarəyə verib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu Maksimilian Baysterdir.

26 yaşlı yarımmüdafiəçi karyerasına Avstraliyanın "Melburn Viktoriya" komandasında davam edəcək. Müqaviləyə əsasən, Beyster mövsüm sonunadək yeni komandasının uğurları üçün çıxış edəcək.

Qeyd edək ki, Beyster 2015-ci ildən "Maynts"ın futbolçusudur. O, son mövsümü icarə əsasında "Münhen 1860" klubunda keçirib.

Son xəbərlər

Orphus sistemi