“Qəbələ”nin qış hazırlıq planı və rəqiblərindən ikisi müəyyənləşib

“Qəbələ”nin qış hazırlıq planı və rəqiblərindən ikisi müəyyənləşib “Qırmızı-qaralar” "Sürix" və "Akhisar"la oynayacaqlar
Futbol
8 Dekabr , 2017 15:14
“Qəbələ”nin qış hazırlıq planı və rəqiblərindən ikisi müəyyənləşib

Bakı. 8 dekabr. REPORT.AZ/ “Qəbələ” futbol komandasının qış hazırlıq planı müəyyənləşib.

Klubdan “Report”a verilən məlumata görə, “qırmızı-qaralar”ın təlim-məşq toplanışı Türkiyənin Antalya şəhərində olacaq.

Komanda üzvləri gələn il yanvarın 5-də Antalyada bir araya gələcək. Hazırlıq prosesinin ilkin mərhələsi yanvarın 17-dək davam edəcək. Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv həmin dönəmdə 3 yoxlama oyunu keçirəcək.

Qəbələ təmsilçisi yanvarın 10-da, böyük ehtimalla, Türkiyə Super Liqasında çıxış edən “Akhisar”la qarşılaşacaq. “Qırmızı-qaralar”ın yanvarın 14-nə planlaşdırılan yoxlama görüşündə rəqibi hələlik bilinmir. Yanvarın 17-də isə rəqib İsveçrənin “Sürix” komandası olacaq.

“Sürix”lə matçdan sonra 3 günlük istirahətə buraxılacaq “Qəbələ”nin hazırlıq prosesinin ikinci mərhələsi 21 yanvar - 4 fevralı əhatə edəcək.

Qeyd edək ki, “Qəbələ” Azərbaycan Premyer Liqasında növbəti oyununu fevralın 10-da XV tur çərçivəsində səfərdə “Qarabağ”a qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi