"Qəbələ"nin məşqçisi: "Oyunlarımızda hakim səhvləri çox olur"

"Qəbələ"nin məşqçisi: "Oyunlarımızda hakim səhvləri çox olur" "Maraqlı oyun alındı"
Futbol
25 Fevral , 2021 17:37
Qəbələnin məşqçisi: Oyunlarımızda hakim səhvləri çox olur
Xaqani Məmmədov

"Maraqlı oyun alındı. Matça ciddi hazırlaşmış, rəqibi analiz etmişdik. Komandamız əzmkarlıq göstərdi və nəticədə qələbə qazandıq".

"Report"un məlumatına görə, bu fikirləri "Qəbələ"nin məşqçisi Xaqani Məmmədov evdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis hakimlikdən narazı qaldığını bildirib: "Epizodları diqqətlə izləsinlər. İkisindən birində penalti var idi. Buna aidiyyatı qurumlar baxıb qərar verərlər. Bugünkü idarəçiliklə bağlı şikayət etmək fikrimiz yoxdur. Son vaxtlar oyunlarımızda hakim səhvləri çox olur. Bu mövsüm demək olar ki, lehimizə penalti qərarı yoxdur. Səbəbini dəqiq bilmirəm".

Məmmədov komandasının əzmkar oyun göstərdiyini söyləyib: "Mütləq qələbə qazanıb, yerimizi qorumaq istəyirdik. Düşünürəm ki, uşaqlar əzmkar və istəkli oyun göstərdi. Layiqli qələbə qazandıq".

Son xəbərlər

Orphus sistemi