"Qəbələ"nin keçmiş hücumçusu ilə müqavilə kötük üzərində uzadıldı - VİDEO
"Qəbələ"nin keçmiş hücumçusu ilə müqavilə kötük üzərində uzadıldı - VİDEORumıniyanın Politexnika klubu futbolçuları Kosmin Frazinesku və Andrey Kristya ilə müqavilələri küçədə uzadıb.
Rumıniyanın "Politexnika" klubu futbolçuları Kosmin Frazinesku və Andrey Kristya ilə müqavilələri küçədə uzadıb.
"Report"un məlumatına görə, komanda rəhbərliyi və oyunçular əl sıxmaqdan çəkinərək, bir-birilərini dirsəkləri ilə salamlayıblar. Onlar imzanı sənədi kötük üzərinə qoyaraq atıblar.
Qeyd edək ki, Andrey Kristya 2014/2015 mövsümünün ilk yarısında "Qəbələ"nin formasını geyinib. O, 9 oyunda meydana çıxıb. 36 yaşlı hücumçunun əvvəllər üç dəfə çıxış etdiyi "Politexnika"ya növbəti qayıdışı 2019-cu ilin yayında gerçəkləşdirib. 35 yaşlı Kosmin Franzinesku isə Yassı komandasına 2015-ci ildə keçib.
The greatest video I've seen in a while. Contract extensions? Let's do it on a stump. Poli Iasi veterans Cristea and Frasinescu signed new deals at the club. Watch below. pic.twitter.com/uqJPedRZkE