"Qəbələ"nin kapitanı bəxtsizlikdən şikayətləndi

"Qəbələ"nin kapitanı bəxtsizlikdən şikayətləndi Kənardan baxanda da görünürdü ki, bu, uduzulası matç deyildi. Həddindən artıq yaxşı oyun sərgilədik. Bu gün bəxtimiz gətirmədi.
Futbol
106
7 Fevral , 2020 22:30
Qəbələnin kapitanı bəxtsizlikdən şikayətləndi

"Kənardan baxanda da görünürdü ki, bu, uduzulası matç deyildi. Həddindən artıq yaxşı oyun sərgilədik. Bu gün bəxtimiz gətirmədi".

"Report"un məlumatına görə, bu fikirləri "Qəbələ"nin kapitanı Asif Məmmədov Premyer Liqanın XVI turunda səfərdə "Sabah"a 2:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

34 yaşlı yarımmüdafiəçi bildirib ki, acınacaqlı məğlubiyyətlə üzləşiblər: "Sonda oyuna yox, hesaba baxırlar".

Məmmədov komandaya cəlb olunan yeni transferlər barədə də danışıb: "Onlar hələ ki, təzə gəliblər. Qarşıda 10 gün vaxtımız var. İnanıram ki, komandaya daha yaxşı uyğunlaşa biləcəklər. Pis oyunçular deyil.

Bu mövsüm nə qədər bacarırıqsa irəli getməliyik. Son pillələrdən qurtulmaq niyyətindəyik. Bizim kubok matçlarımız da var. Hər iki cəbhədə sona kimi döyüşəcəyik. Çempionatda sonlarda olmaq istəmirik. Son pillədə olmaq adamı ruhdan salır. Kuboka hazırlaşmaq üçün irəli getməliyik ki, özümüzə inam artsın".

Son xəbərlər

Orphus sistemi