"Qəbələ"nin iki futbolçusu zədələndi

"Qəbələ"nin iki futbolçusu zədələndi Vinko Medimoreç və qapıçı Anar Nəzirov ilk hissənin sonlarında xəsarət alıb
Futbol
6 Fevral , 2021 16:16
Qəbələnin iki futbolçusu zədələndi
Anar Nəzirov

"Qəbələ" komandasının iki futbolçusu Azərbaycan Kubokunun 1/4 finalında "Qarabağ"a qarşı keçirilən cavab görüşündə zədələnib.

"Report" xəbər verir ki, meydan sahiblərinin heyətində müdafiəçi Vinko Medimoreç və qapıçı Anar Nəzirov ilk hissənin sonlarında xəsarət alıb.

Xorvatiyalı futbolçunun yerinə oyuna albaniyalı Yurqen Qoxa daxil olub. Nəzirovu isə Tərlan Əhmədli əvəzləyib. Anar Nəzirov ilk hissənin sonunda rəqibin yarımmüdafiəçisi Abdullah Zubirlə toqquşub və penaltiyə səbəb olub.

Qeyd edək ki, qarşılaşmada ikinci hissə oynanılır və "Qarabağ" 3:0 hesabı ilə öndədir. Ağdam təmsilçisi ilk görüşdə rəqibini 3:1 hesabı ilə üstələyib.

Son xəbərlər

Orphus sistemi