"Qəbələ"nin futbolçusunun çıxış etdiyi yığmaya yeni baş məşqçi təyin olunub

"Qəbələ"nin futbolçusunun çıxış etdiyi yığmaya yeni baş məşqçi təyin olunub O, karyerası ərzində millidə rekord sayda oyun keçirib
Futbol
14 Sentyabr , 2016 18:08
Qəbələnin futbolçusunun çıxış etdiyi yığmaya yeni baş məşqçi təyin olunub

Bakı. 14 sentyabr. REPORT.AZ/ Futbol üzrə Estoniya milli komandasına yeni baş məşqçi təyin olunub. "Report"un məlumatına görə, bu, yığmada oyun sayında rekordçu olmuş Martin Reymdir.

Yeni baş məşqçi isveçli Maqnus Perssonu əvəzləyib. Reymə Andres Oper, Mart Poom və Yanno Kivisild yardımçı olacaq. O, karyerası ərzində millidə 157 oyun keçirib. Əvvəllər isə 45 yaşlı mütəxəssis Estoniyanın 21 və 23 yaşadək futbolçulardan ibarət yığmalarına rəhbərlik edib.

Qeyd edək ki, Estoniya millisində "Qəbələ"nin hücumçusu Sergey Zenyov da çıxış edir. 

Son xəbərlər

Orphus sistemi