"Qəbələ"nin futbolçusu: "Sabahkı oyun çox çətin olacaq"

"Qəbələ"nin futbolçusu: "Sabahkı oyun çox çətin olacaq" "Hər bir oyunçu yüksək hazırlıqlı olmalıdır"
Futbol
2 Noyabr , 2016 19:02
Qəbələnin futbolçusu: Sabahkı oyun çox çətin olacaq

Bakı. 2 noyabr. REPORT.AZ/ "Əlbəttə, "Lill"ə vurduğum qoldan çox məmnun olmuşdum. Sabahkı oyun isə çox çətin olacaq. Hər bir oyunçu yüksək hazırlıqlı olmalıdır. Bu dəfə kimsə imkanlarından aşağı səviyyədə oynasa, çətin olacaq".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Filip Ozobiç Fransa "Sent Etyen"i ilə Avropa Liqasının qrup mərhələsinin IV tur matçından öncə mətbuat konfransında deyib.

O bildirib ki, "Sent-Etyen" kimi komandaların olduğu çempionatlarda oynaya bilmək iqtidarındadır: "Mən belə çempionatlarda oynaya bilərəm. Bu cür rəqiblərə qarşı isə oynamaq çətindir. Xüsusilə itkilərimiz olduqda. Rəqiblərimizin heyətində isə itkilər olsa da, onları əvəzləmək mümkündür. Çünki hamısı bərabər səviyyəli oyunçulardır".

Son xəbərlər

Orphus sistemi