"Qəbələ"nin futbolçusu: "Robert Prosineçki Azərbaycanın bir nömrəli ulduzudur"

"Qəbələ"nin futbolçusu: "Robert Prosineçki Azərbaycanın bir nömrəli ulduzudur" Xorvatiyalı futbolçu Bakını Dubaya bənzədib
Futbol
27 dekabr 2016 05:51
Qəbələnin futbolçusu: Robert Prosineçki Azərbaycanın bir nömrəli ulduzudur

Bakı. 27 dekabr. REPORT.AZ/ "Düşünürəm ki, bu bizim hamımız üçün yaxşı imkandır. Yığmanın heyətinə cəlb olunmuşuq və özümüzü sübut etməliyik. Millinin heyətinə çağırılmışıqsa, deməli buna layiqik. Burada qorxulu heç nə yoxdur".

"Report"un məlumatına görə, bunu "Qəbələ" klubunun futbolçusu Filip Ozobiç yerli mətbuata açıqlamasında Xorvatiya millisinə dəvəti haqda danışarkən deyib.

"Qırmızı-qaralar"ın heyətində ölkə çempionatı və Avropa Liqasının qrup mərhələsində çıxış etdikdən sonra ilk dəfə yığmaya dəvət alan 25 yaşlı yarımmüdafiəçi Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkidən danışıb: "Mənim fikrimcə, Prosineçki Azərbaycanın bir nömrəli ulduzudur. Hətta eşitmişəm ki, ölkə başçısı uğurları münasibətilə onu təbrik edib. Düşünürəm ki, bu da Prosineçkinin statusunun sübutudur".

F.Ozobiç Bakıdan da söz açıb. O, paytaxtın möhtəşəm şəhər olduğunu söyləyib: "Bakı möhtəşəm şəhərdir. Bu şəhəri yeni Dubay adlandırmaq olar. Onlar futbola sərmayə qoyurlar. Ola bilər ki, stadionlarda kifayət qədər azarkeş olmasın, amma zamanla tribunalarda azarkeşlərin sayı artacaq".

Son xəbərlər

Orphus sistemi