"Qəbələ"nin futbolçusu: Qorxulu bir şey yoxdu, futbolda hər şey olur

"Qəbələ"nin futbolçusu: Qorxulu bir şey yoxdu, futbolda hər şey olur "Bir neçə səhv ucbatından acınacaqlı qollar buraxdıq"
Futbol
13 Sentyabr , 2015 00:54
Qəbələnin futbolçusu: Qorxulu bir şey yoxdu, futbolda hər şey olur

Bakı. 13 sentyabr. REPORT.AZ/ "Düzünü desəm, ağır oyun oldu. Hazırda biz gərgin qrafiklə işləyirik. Qalib gəlməyə çalışdıq".

"Report" xəbər verir ki, bunu "İnter"lə oyundan sonra "Qəbələ"nin (2:1) futbolçusu Arif Daşdəmirov bildirib.

"İnter" klubunun yaxşı təşkil olunduğunu bildirən futbolçu, bir neçə səhv ucbatından belə acınacaqlı qollar buraxdıqlarını qeyd edib:

"Şansımız oldu. Bir qol vurduq, başqa qol məqamlarımız da oldu. Qorxulu bir şey yoxdu. Bu futboldu, hər şey olur. Növbəti oyunlara hazırlaşmaq lazımdır. Üzərimizdə işləyib, qalib gəlməliyik".

Son xəbərlər

Orphus sistemi