"Qəbələ"nin futbolçusu: "Neftçi" hər iki qolu öz səhvimizdən vurdu"

"Qəbələ"nin futbolçusu: "Neftçi" hər iki qolu öz səhvimizdən vurdu" Bakı. 20 avqust. REPORT.AZ/ “Hər iki komanda ilk turda qalib gəlmişdi. Turun mərkəzi oyununa yaxşı hazırlaşmışdıq. Matçın ilk 15-20 dəqiqəsinə köklənə bilmədik və öz səhvlərimizdən qollar buraxdıq”.
Futbol
20 Avqust , 2018 10:39
Qəbələnin futbolçusu: Neftçi hər iki qolu öz səhvimizdən vurdu
0 : 00
0 : 00

Bakı. 20 avqust. REPORT.AZ/ “Hər iki komanda ilk turda qalib gəlmişdi. Turun mərkəzi oyununa yaxşı hazırlaşmışdıq. Matçın ilk 15-20 dəqiqəsinə köklənə bilmədik və öz səhvlərimizdən qollar buraxdıq”.

“Report”un məlumatına görə, bnunu “Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə Azərbaycan Premyer Liqasının II turunda səfərdə “Neftçi”yə 1:2 hesabı ilə məğlub olduqlarə oyundan sonra söyləyib.

25 yaşlı yarımmüdafiəçi uduzduqlarına baxmayaraq, yaxşı mübarizə apardıqlarını deyib. O, bərabərlik qoluna güclərinin yetmədiyini etiraf edib: “Futbol səhvləri bağışlamır. Səhv edirsənsə, cəzalanacaqsan. Bu, bizim də başımıza gəldi. İki səhv və qapımızda iki qol gördük. Təxminən, 55-ci dəqiqədən sonra “Neftçi”ni meydanda görmədim. kinci hissədə çox yaxşı çıxış etdik. Ancaq bərabərlik qoluna gücümüz yetmədi. Yaxşı mübarizə apardıq”.

Xəlilzadə ötən mövsüm “Qəbələ”nin heyətində Premyer Liqanın bombardiri olan Baqali Dabonun rəqibin heyətində yer almasına və qol vurmasına da toxunub: "Dabo ölkəmizə gəlmiş ən yaxşı legionerlərdən biridir. Ona qarşı pis oynamadım. Amma öz ustalıq səviyyəsini ortaya qoydu. Ona qarşı aqressiyamız yoxdur. Hamıya eyni hazırlaşırıq. Hamımızı bütün matçlarda bu cür görəcəksiniz”.

Son xəbərlər

Orphus sistemi