"Qəbələ"nin futbolçusu əməliyyat olunub

"Qəbələ"nin futbolçusu əməliyyat olunub Elvin Camalovun 2,5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.
Futbol
23 Fevral , 2017 18:08
Qəbələnin futbolçusu əməliyyat olunub

Bakı. 23 fevral. REPORT.AZ/ "Qəbələ" klubunun futbolçusu Elvin Camalov Türkiyədə əməliyyat olunub. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 22 yaşlı yarımmüdafiəçinin əməliyyatı İstanbuldakı "Acıbadem" Kadıköy Xəstəxanasında baş tutub. 

Ortoped-travmotoloq doktor Barış Kocaoğlu tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Cərrah bildirib ki, Camalovun 2,5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir. 

Qeyd edək ki, Elvin Camalov Azərbaycan Premyer Liqasında XVIII turun “Zirə” ilə fevralın 12-də keçirilən səfər oyununda (2:2) zədələnib. Müayinə zamanı onun sağ ayağında qırıq aşkarlanıb və bu üzdən cərrahi müdaxilə zərurəti üzə çıxıb.

Son xəbərlər

Orphus sistemi