"Qəbələ"nin daha bir futbolçusu Kipr klubuna keçir

"Qəbələ"nin daha bir futbolçusu Kipr klubuna keçir "Qəbələ"nin daha bir futbolçusu Stefan Vukçeviç karyerasını Kiprin "Enosis" klubunda davam etdirəcək.
Futbol
11 iyul 2022 06:00
Qəbələnin daha bir futbolçusu Kipr klubuna keçir

"Qəbələ"nin daha bir futbolçusu Stefan Vukçeviç karyerasını Kiprin "Enosis" klubunda davam etdirəcək.

"Report" "Themasports" nəşrinə istinadən xəbər verir ki, "qırmızı-qaralar"la müqaviləsi başa çatan 25 yaşlı yarımmüdafiəçi Kipr təmsilçisi ilə anlaşıb.

Monteneqrolu oyunçu ilə sözləşmə imzalanması üçün bəzi detallar qalıb.

Qeyd edək ki, Stefan Vukçeviç 2020-ci ilin avqustunda bölgə klubuna transfer olunub. "Enosis" da əvvəl "Qəbələ"dən ayrılan Fernan Lopesi də heyətinə qatıb.

Son xəbərlər

Orphus sistemi