"Qəbələ"nin baş məşqçisi: "Qarabağ" layiqli qələbə qazandı"

"Qəbələ"nin baş məşqçisi: "Qarabağ" layiqli qələbə qazandı" "Öncə futboldan yox, Füzuli şəhərinin işğaldan azad olması münasibətilə təbrik edirəm. Klub olaraq erməni terrorunu lənətləyirik".
Futbol
17 Oktyabr , 2020 18:05
Qəbələnin baş məşqçisi: Qarabağ layiqli qələbə qazandı
Elmar Baxşıyev

"Öncə futboldan yox, Füzuli şəhərinin işğaldan azad olması münasibətilə təbrik edirəm. Klub olaraq erməni terrorunu lənətləyirik".

"Report"un məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının VI turunda səfərdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, komandalar arasında fərq hiss olunur: "Qarabağ" təşkilatlanmış kollektivdir. Biz isə yeni klubuq. İnanıram ki, getdikcə yaxşı yerlərə yüksələcəyik".

Baxşıyevin sözlərinə görə, oyun ərzində fərqlənmək üçün şansları olub: "Amma rəqib elə bir komandadır ki, hər zaman səni təzyiq altında saxlayır. Bu gün "Qarabağ" layiqli qələbə qazandı. Bu gün onlar bizdən güclü idi".

Baş məşqçi Qismət Alıyevin yoxluğunun hiss olunduğunu söyləyib: "Məşqçinin işi heyfslənmək yox, daha artıq çalışmaqdır. Gənclərimiz var, Qismətin yerini doldura biləcəklər".

Son xəbərlər

Orphus sistemi